Olivia

Kosmetika və baxım məhsulları sahəsində keyfiyyət, zövq və peşəkarlığı bir araya gətirən müasir bir şirkətdir.

Podium Mall
Olivia

"Olivia Beauty & Care" kosmetika və baxım məhsulları sahəsində keyfiyyət, zövq və peşəkarlığı bir araya gətirən müasir bir şirkətdir. Olivia adı bu gün baxımlı görünüşü, özünə inamı və zərifliyi ön planda tutan qadınların güvənlə seçdiyi bir brend kimi tanınır.

Şirkət olaraq yanaşmamız sadə və aydındır: hər qadın öz tərzini, gözəlliyini və baxım anlayışını özü müəyyən edir. "Olivia Beauty & Care" qadınlara istədiyi kimi olmaq azadlığını verən məhsul seçimləri təqdim edir və hər yaşda, hər peşədə olan qadınların gündəlik və xüsusi baxım ehtiyaclarına uyğun həllər yaradır. Gözəlliyin standartlara deyil, fərdiliyə əsaslandığına inanırıq.

Olivia portfelində dünyaca məşhur və etibarlı kosmetika brendləri yer alır. Makiyaj, üz və bədən baxımı, saç qulluq məhsulları və ətir kateqoriyalarında təqdim olunan məhsullar keyfiyyəti, effektivliyi və müasir tərkibi ilə seçilir. Brend seçimlərimiz qadınların həm peşəkar, həm də gündəlik baxım rutinlərini daha effektiv və rahat etməyə yönəlib. Bu məhsullar Olivia mağazalarında müasir konsept və rahat seçim mühiti ilə təqdim olunur.