Aksiyalar və xəbərlərə qayıt

Podium Mall-da “Balaca qəhrəmanlara böyük bayram” kampaniyası keçiriləcək!

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Podium Mall-da “Balaca qəhrəmanlara böyük bayram” kampaniyası keçiriləcək.

Podium Mall-da “Balaca qəhrəmanlara böyük bayram” kampaniyası keçiriləcək!

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Podium Mall-da “Balaca qəhrəmanlara böyük bayram” kampaniyası keçiriləcək.

Kampaniya çərçivəsində ziyarətçiləri xüsusi endirimlər, hədiyyələr və sərfəli təkliflər gözləyir. Podium Mall-un mağaza və məkanlarında ailələr və uşaqlar üçün müxtəlif aksiyalar təqdim olunacaq.

Crazy Bubble bütün məhsullara 30% endirim təqdim edəcək. Chicken Project 1 iyun tarixində ana-bala menyusuna 20% endirim tətbiq edəcək. Kid City isə 30, 31 may və 1 iyun tarixlərində 30% cashback kampaniyası ilə qonaqları sevindirəcək.

Sinsay mağazasında 28 may – 1 iyun tarixlərində uşaq məhsullarına 25% endirim olacaq. Haftoni-də isə 1–3 iyun tarixlərində bir top dondurma alan hər kəsə əlavə bir top dondurma hədiyyə ediləcək.

Casio mağazasında uşaq saatlarına 15% endirim təqdim olunacaq. Balasso isə 1–3 iyun tarixlərində alış-veriş edən hər kəsi xüsusi hədiyyə paketi ilə sevindirəcək.

Balaca qəhrəmanlar üçün hazırladığımız bu özəl kampaniyadan yararlanmaq, ailənizlə birlikdə xoş vaxt keçirmək və xüsusi təkliflərdən faydalanmaq üçün sizi Podium Mall-a dəvət edirik.