Podium Mall açılışa hazırlaşır
Hazırda mərkəzdə son tamamlanma işləri aparılır, mağaza və restoranlar açılışa hazırlanır.

Podium Mall açılışa sayılı günlər qalarkən son hazırlıq mərhələsinə daxil olur. Layihə “Hər günün mall-u” konsepsiyası ilə gündəlik həyatın bir hissəsi olan, ziyarətçilərin gündəlik ehtiyaclarını qarşılamağa yönəlmiş məkan kimi fəaliyyət göstərəcək.
Sinsay, Bravo, Burger King, KFC, Pizza Hut, MyShops, PlayOn, Walker's Coffee House, Yellow Professional, Olivia, Belfor, Casio kimi brendlər artıq Podium Mall-da qapılarını alıcılara açmağa hazırdırlar.
Açılış aprel ayının əvvəlində “soft launch” formatında baş tutacaq və mərkəz ilk ziyarətçilərini qəbul etməyə başlayacaq.
Yenilikləri izləyin - yaxın zamanda əlavə məlumat paylaşılacaq.

