Aksiyalar və xəbərlərə qayıt

Əyləncə Karnavalı

Uşaqlar üçün unudulmaz bir həftəsonu gəlir!

Əyləncə Karnavalı

4–5 iyul tarixlərində Podium Mall möhtəşəm bir karnaval ab-havasına bürünür — övladlarınızın üzündəki təbəssümü və sevinc dolu anları qaçırmayın!

Şənbə axşamı, saat 19:00–21:00 arasında heyranedici illüzionist şousu, rəngarəng face art və dinamik DJ performansı sizi gözləyir. Bazar günü isə eyni saatlarda enerjili və hədiyyəli oyunlar, möhtəşəm köpük şousu, sevimli animatorlar və hər kəsi rəqsə dəvət edən DJ ilə əyləncə davam edir.

Giriş tamamilə ödənişsizdir! Şənbə və bazar günləri saat 19:00-da bütün ailənizlə Podium Mall-da sizi gözləyirik.

Əyləncə Karnavalı – 1